15-ci Beynəlxalq İstanbul Parça Dizayn Müsabiqəsi

21 Yanvar 2021 Xəbər
news-inner-photo

Təşkilatçı: İstanbul Tekstil və Xammal İxracatçıları Birliyi

Kimlər iştirak edə bilər: Tekstil mütəxəssisləri və kollec, universitet və ya dizayn akademiyası tələbələri və ya məzunları

Son müraciət tarixi: 25 iyun 2021-ci il

İstanbul Tekstil və Xammal İxracatçıları Birliyi (İTHİB), 4000-dən çox üzvü ilə Türkiyədəki tekstil ixracatını təmsil edən aparıcı təşkilatdır. Ölkə daxilində fəaliyyət göstərən Birliyin üzvləri iplik, parça, ev tekstili, sənaye / texniki parça və aksessuarlar kimi müxtəlif tekstil məhsulların istehsalı və ixracı ilə məşğuldur. Türkiyə ümumi tekstil ixracatının 70%-dən çoxunu həyata keçirən Birliyin üzvləri Türk tekstil istehsalı və ixracatının əsas hissəsini təşkil edir.

Uyğunluq meyarları

  • 01.01.2021 tarixində yaşı 35-dən yuxarı olmayan namizədlər müraciət edə bilər. (Doğum tarixi 01/01/1986 və sonra olanlar.)
  • Universitet, kollec və ya dizaynla əlaqəli hər hansı müəssisədə təhsil alan və ya məzun olmuş namizədlər, eləcə də bu sahədə işləyənlər üçün müsabiqə açıqdır.
  • İstanbul Tekstil və Xammal İxracatçıları Birliyində çalışan və ya bu təşkilatda çalışan şəxslərin birinci dərəcəli qohumları iştirak edə bilməz.
  • İstanbul Tekstil və Xammal İxracatçıları Birliyi tərəfindən təşkil olunan digər müsabiqələrdə ilk 3 yerə layiq görülmüş namizədlər müsabiqəyə qoşula bilməz.

Texniki tələblər

A. Rəqəmsal layihə faylın məzmunu

4 dizayn nümunəsindən ibarət rəqəmsal fayl aşağıdakı texniki tələblərə cavab verməlidir.

  • Dizaynlar veb-saytda yayımlanan mövzulardan biri üzrə hazırlanmalıdır.
  • Dizaynlar, toxuma, hörmə, çap və toxunmamış materiallar istehsalat texnikasının ən çox ikisi ilə hazırlanmalıdır. Hər dizayn üçün hansı istehsal texnikasından istifadə edildiyi bildirilməlidir.
  • Dizaynlar orijinal olmalı və Türkiyə sənayesində peşəkar şəkildə istehsal edilmə imkanında olmalıdır.
  • Seçilmiş məzmun və təyin olunmuş mövzu əsasında istifadə olunan iplik (ipliyin açılması, əldə edilə biləcəyi yer), vizual təsviri kollaj (moodboard), boya, parça növü, istehsal üsulları təsviri daxilində 4 dizaynın yüksək keyfiyyətli şəkilləri təqdimat sənədinə daxil edilməlidir.
  • Dizaynlarda fərqli ipliklərlə yanaşı tək bir iplik növü də istifadə edilə bilər.
  • Layihənin adı, məzmunu, mövzusu və ətraflı təsvirini özündə əks etdirən təqdimat faylı 5000 sözdən çox olmamalıdır.
  • Dizayn, vizual təsviri kollaj və texniki detalların üzərində namizədin adı və ünvanı kimi şəxsi məlumatlar olmamalıdır. Namizədlərin şəxsi məlumatları veb-sayt müraciət mərhələsində daxil edilməlidir. Həmçinin CV faylı da sistemə yüklənməlidir.
  • İkinci dəyərləndirməyə qədər 20 finalistin parça dizayn nümunələrinin yer aldığı 20*20 sm, 40*40 sm, 50*50 sm ölçülərində hazırlanan layihə hissələri jüriyə təqdim edilməsi məqsədilə 27 iyul 2021-ci il tarixinə qədər İTXİB baş ofisinə göndərilməlidir. Kuryer xidməti üzrə ödənilən məbləğ ödəniləcək.
  • Dizaynlar aşağıdakı qiymətləndirmə prinsiplərinə əsasən qiymətləndiriləcəkdir:
    - Dizaynerin kreativliyi
    - Dizaynın orijinallığı və yeniliyi
    - Parça dizaynı üçün tətbiq olunan üsullarının təkmilləşdirilə və tətbiq edilə bilmə səviyyəsi
    - Parça dizaynında material seçimi və material dizaynı uyğunluğu
    - Parçanın əlavə dəyərini artırmaq və texniki xüsusiyyətləri yaxşılaşdırmaq özəlliyi

B. Rəqəmsal layihə faylının xüsusiyyətləri

  • Rəqəmsal fayl maksimum həcmi 50 MB olmalıdır.
  • 4 dizayn nümunəsi fotolar, skanlar, kompüterdə çəkilmiş rəsmlər və ya əl ilə hazırlanmış rəngli işlər ola bilər.
  • Rəqəmsal faylın məzmunu “pdf” və ya “MS Powerpoint” sənədi kimi yaradılmalı və göndərilməlidir.

Nümunəvi təqdimat faylına bu linkdən baxa bilərsiniz.

Mükafatlar

I Yer - 50.000 TL
II Yer - 25.000 TL
III Yer - 12.500 TL

Digər mükafatlar: İlk 3 yeri tutmuş qaliblər Première Vision Paris sərgisinə səyahət və 6 ay müddətində xarici dil təhsili əldə etmək imkanı qazanacaq.

Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi səhifəyə daxil olun.

Mənbə: https://www.kumastasarimyarismasi.org/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?