Yaradıcılığımızla Ordumuza necə dəstək ola bilərik?

22 Oktyabr 2020 Məqalalələr
news-inner-photo

Kiçikdən-böyüyə bu dəqiqə hər kəs “Qarabağ Azərbaycandır!” deyir. Ölkədə və xaricdə olan bütün azərbaycanlıların tək arzusu da torpaqlarımızın işğaldan azad olunmasıdır və indi hamımız bu məqsəd uğrunda çalışırıq. Bəziləri ruh-yüksəkliyi yaradaraq, bəziləri dünyaya səsini duyuraraq dəstək olurlar.

Effektiv dəstək üsullarından biri də yaradıcılıqdır. “Niyə məhz yaradıcılıq?” sualı haqqında düşünürsünüzsə, o zaman gəlin, aydınlaşdıraq.

  • Bir yaradıcılıq nümunəsi 1000 sözü əvəz edir deyə bilərik. Düşünün, içinizdəki vətənpərvərlik duyğularını necə ifadə edərsiniz? Onu tam şəkildə çatdırmaqda çətinlik çəkirsiniz, elə deyilmi? Bir rəsm əsəri və ya musiqi notları ilə isə onu ifadə etmək çox daha asandır. Həmçinin qarşınızdakı insan da bu zaman sizi daha asan anlayacaq. Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq hər kəs sizin vermək istədiyiniz mesajı asanıqla başa düşəcək, çünki yaradıcılığın dili birdir.smiley

https://www.facebook.com/100034972845962/posts/380928039749621/

  • Yaradıcılıq emosiyalara xitab edir. Emosional təsir isə yaddaşlarda qalır. Unudulmaz olmaq istəyirsinizsə, insanların hisslərinə toxunmalısınız. Bunun üçün isə yaradıcılıq mütləqdir. Bu üsulla siz dünyanın hər yerindən olan insanlara bir yaradıcılıq nümunəsi ilə istədiyiniz mesajı verə bilərsiniz. Məsələn, Azərbaycanın torpaqlarının 20%i işğal olunub, Gəncədəki hadisələr və s. Bəlkə siz xarici bir vətəndaşa torpaqlarımız işğal altındadır desəniz, sizi anlamaz, amma aşağıdakı nümunələri göstərsəniz, əmin olun ki, əlavə izaha ehtiyac olmayacaq.

  • Hər bir yaradıcılıq nümunəsi ruh yüksəkliyini daha da artırır. Ötən günlərdə ön cəbhədə olmuş bir həkimin dediyi fikri sizinlə paylaşmaq istəyirəm: “Ruh yüksəkliyi olan bir əsgər 10 nəfər kimidir”. İşləyəcəyiniz bir əl işinin, təsviri sənət nümunəsinin, söyləyəcəyiniz bir şeirin və ya bəstələyəcəyiniz bir musiqinin vətəndaşların ruh yüksəkliyini necə artıracağını təsəvvür edirsiniz?

“Əsgərlərimizə göndərilən yardımların arasına bir məktəbli öz notlarını qeyd etdiyi vərəqi də qoyur. Əsgər bu qeydləri oxuduğu zaman o qədər təsirlənir ki, onu postda dayandığı məntəqədə asır.” Bəzən kiçik detallar böyük təəssürat yaradır.

Beləliklə, yaradıcılıq fəaliyyəti ilə siz:

  • Vətənpərvərliyinizi ifadə edirsiniz;
  • Ruh yüksəkliyi yaradırsınız;
  • Orduya dəstək olursunuz;
  • Xarici vətəndaşlara mövcud vəziyyəti çatdırırsınız.

Ordumuza dəstək mesajlarınızı siz “Ordumuz üçün Yarat” sənət aksiyası vasitəsilə də çatdıra bilərsiniz. Bu sənət aksiyası haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. Bütün yaradıcı insanlarımızı, gənclərimizi və uşaqlarımızı bu aksiyada fəal iştiraka dəvət edirik.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaze

Bu məqalə sizin üçün faydalı oldumu?