2021 World of Wearableart Awards müsabiqəsi

22 Sentyabr 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 26 mart 2021-ci il
Kimlər müraciət edə bilər: dünyanın hər yerindən 18 yaşdan yuxarı dizaynerlər
Mükafatlar: qaliblər üçün təqribən 124,206 ABŞ dolları məbləğində mükafat fondu

Təsvir

Yeni Zelandiyanın Vellinqton şəhərində təşkil olunan möhtəşəm şouda finalçıların geyimlərini nümayiş etdirən, dünyanın aparıcı geyim incəsənət müsabiqəsi olan World of WearableArt (WOW) təqribən 60.000 nəfərlik auditoriyaya malikdir. Son 30 il ərzində hər il uğurla həyata keçirilən müsabiqənin builki mərhələsində dizaynerlərdən altı mövzudan birini seçmələri istənilir: Memarlıq, Monoxromatik, Elizabet dövrü, Avant-garde, AotearoaOpen.

Uyğunluq meyarları

Müraciət etmək üçün bütün müraciətçilər 18 yaş və ya daha yuxarı olmalıdır (26 mart 2021-ci il tarixində). İştirakçılar dizaynlarının rəsmlərini və ya eskizlərini təqdim edə bilməzlər, ancaq təqdim etdiyiniz işə dair ən azı dörd tam ölçülü fotoşəkil əlavə edilməlidir. İştirakçılar paltarlarını istənilən mərhələdə hazırlamağa başlaya bilərlər.

İllərdir paltarınız üzərində işləyirisinizsə və ya müsabiqə açıq elan edildikdən sonra onun üzərində işləməyə başlamısınızsa, iştirak üçün uyğun gəlirsiniz. Geyim kimi həm də bir sənət əsəri olan istənilən iş orijinal, innovativ və yaxşı hazırlandığı halda səhnədə özünə yer tapa bilər. Moda, tekstil və ya sənaye dizaynı, zərgərlik, memarlıq, mühəndislik, heykəltəraşlıq və rəssamlıq və ya ev quruculuğu sahələri ilə məşğul olan dizaynerlər bu müsabiqəyə müraciət edə bilərlər.

Mükafatlar

Seçilmiş qaliblər üçün ümumilikdə 33 mükafat nəzərdə tutulmuşdur. Bu mükafatlar aşağıdakılardır:

Necə müraciət etmək olar?

Ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi sayta daxil olmağınız xahiş olunur.

Mənbə: http://www.mladiinfo.eu/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIN: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaze

Bu məqalə sizin üçün faydalı oldumu?