Səssiz Kitab Müsabiqəsi #SBC2020 Gianni De Conno Mükafatı

7 Avqust 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 15 fevral 2021-ci il
Kimlər müraciət edə bilər: 15 fevral 2021-ci il tarixi üçün yaşı 18 yaşdan aşağı olmayan rəssamlar, illüstratorlar və bütün sahələrdən olan müəlliflər
Mükafatlar: Qalib gələn kitab layihəsi, 4.000 Avro pul mükafatı ilə birgə Carthusia Edizioni təşkilatının köməyi ilə kitabının nəşr olunması imkanını da əldə edəcək və mükafat Toskana regionunun Montereggio şəhərində mükafatlandırma mərasimində təqdim ediləcəkdir.

Təsvir

Carthusia Edizioni, bu müsabiqənin əsas təşkilatçılarından biri olaraq, 2018-ci ildən bəri Səssiz Kitab Müsabiqəsini, illər öncə 2005-ci ildə Andersen Mükafatına, 1998 və 2010-cu illər arasında bir neçə dəfə Mükəmməl Kommunikasiya Yaradıcılığı Mükafatına və 2008 və 2010-cu illərdə Nyu Yorkdakı İllüstratorlar Cəmiyyətinin qızıl medalına layiq görülmüş İtalyan nəşr sənətinin ən böyük illüstratorlarından biri olan Gianni De Conno-ya həsr etmişdir. Səssiz Kitab Müsabiqəsi müəllifləri, illüstratorları və rəssamları düşünməyə və hər hansı bir mövzuda illüstrasiyalı şəkillər vasitəsilə bir hekayənin nəql edilməsi üçün xüsusi olaraq hazırlanan janrından və yaşından asılı olmayaraq oxucu kütləsinin geniş və müxtəlif kateqoriyası üçün nəzərdə tutulmuş bir kitab tərtib etməyə dəvət edir.

Uyğunluq meyarları

Bütün müraciət edənlər 15 fevral 2021-ci il tarixində 18 yaşdan yuxarı olmalıdırlar. Müsabiqə yalnız yeni və çap olunmamış illüstrasiyalı kitablar üçün nəzərdə tutulur. Müsabiqə üçün xüsusi bir mövzu yoxdur və hər hansı yaş qrupu və oxucular üçün heç bir məhdudiyyət yoxdur. Hekayənin nəqli yalnız təsvir edilmiş şəkillər vasitəsilə aparılmalı və nəqli və stilistik ardıcıllığa malik olmalıdır. Rəqəmsal və ya ənənəvi olmasından asılı olmayaraq, kitabların illüstrasiya ilə təsvir etmək üçün istifadə olunan medianın növünə dair heç bir məhdudiyyət yoxdur.

Faydaları

Müsabiqənin finalçıları elan ediləcək və onların işləri Bolonya Uşaq Kitab Sərgisində və Turin Beynəlxalq Kitab Yarmarkasında (Salone del Libro) nümayiş etdiriləcəkdir. Seçilmiş qalib müntəzəm nəşr müqaviləsi imzalayacaq və nəşr müqaviləsi ilə təmin olunan müəllif hüquqları üçün avans olaraq 4.000 Avro pul mükafatı alacaq. Qalib gələn kitab layihəsi Carthusia Edizioni tərəfindən nəşr ediləcək və nəşriyyatın redaksiya kataloquna daxil edilməklə tanıtımı aparılacaqdır. Adətən qalib kitab avqust ayında İtaliyanın Toskana regionunun Montereggio şəhərində Mükafatlandırma mərasimində təqdim olunur.

Necə müraciət etmək olar?

Müraciət etmək üçün ətraflı məlumata dair, xahiş olunur rəsmi internet səhifəsinə baş vurun.

Əvvəlki illərdə müsabiqənin qalibi və finalçıları olmuş işlər və münsifləri haqqında, buradan məlumat ala bilərsiniz.

Mənbə: www.mladiinfo.eu

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?