Lexus Dizayn Mükafatı 2021

6 Avqust 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 11 oktyabr 2020-ci il
Kimlər müraciət edə bilər: dünyanın hər yerindən olan peşəkarlar, tələbələr və dizayn həvəskarları
Mükafat: dizayn işinizə dəstək olaraq maliyyə vəsaiti və digər

Təsvir

Lexus şirkəti, Lexus Dizayn Mükafatı 2021 üçün müraciətləri açıq elan edir. 2013-cü ildən bəri dünya miqyasında olan bu dizayn müsabiqəsi, daha yaxşı gələcəyə yol aça bilən dizaynerlər və yaradıcı insanlar üçün bir platforma rolunu oynadı.

Hər il bu tədbir, dünyanın hər yerindən innovativ dizayn mükəmməlliyi üzrə bu maraqlı mükafatı qazanmaq istəyən minlərlə iştirakçını özünə cəlb edir. 2021-ci il mükafatı sabahın yaradıcılarına dünya səviyyəli mentorluq, prototiplərin maliyyələşməsi və misilsiz qlobal tanıtım dəstəyi təmin edərək onların karyeraları üçün yeni bir tramplin rolunu oynamaqda sadiq qalır.

Uyğunluq meyarları

Lexus Dizayn Mükafatı bütün dünyada olan peşəkarlar, tələbələr və dizayn həvəskarları üçün açıqdır. Hər il dünyanın müxtəlif ölkələrindən olan yaradıcı insanlar dizayn təkliflərini təqdim edirlər və bu təkliflərin çoxu texnologiyanın gücünü sabahın daha yaxşı olması üçün dizayn etmək məqsədilə istifadə edir. Təqdim olunan işlər Sənaye Dizaynı, Memarlıq, Texnologiya / Mühəndislik, İnteryer Dizayn və Moda Dizaynı kateqoriyalarına aiddir.

Faydaları

  • Milan Dizayn Həftəsində təşkil ediləcək Lexus Dizayn Tədbirində nümayiş üçün dəvət.
  • Nyu-York şəhərində dünya səviyyəli mentorluq seminarı.
  • Dizayn işinizə dəstək olaraq maliyyə vəsaiti.

Altı finalçı seçiləcək və təqdim olunan təkliflərinin prototipləri Milan Dizayn Həftəsində təşkil ediləcək, həmçinin Qran Pri qalibinin də elan ediləcəyi, 2021 Lexus Dizayn Tədbirində nümayiş etdiriləcək.

Qran Pri qalibinin elan ediləcəyi tədbirdən əvvəl, Finalçılar öz prototiplərini inkişaf etdirmək üçün Mentorlar qismində iştirak edəcək dünya səviyyəli dizayn mütəxəssisləri ilə bir seminarda iştirak edəcəklər. Finalistlər dizaynlarını fiziki prototiplərə qədər inkişaf etdirdikləri müddətdə Mentorlar tərəfindən mütəmadi olaraq dəstək alacaqlar. Prototiplərin istehsal xərcləri, vergi də daxil olmaqla 3 milyon JPY (25.000 ABŞ dolları) qədər məbləğdə təmin ediləcəkdir.

Necə müraciət etmək olar?

Ətraflı məlumat almaq üçün, xahiş olunur rəsmi internet səhifəsinə daxil olun.

Mənbə: www.mladiinfo.eu

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?