Yaponiya Media Art Festivalı 2020 müraciətlər üçün açıqdır

2 İyul 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 4 sentyabr 2020-ci il
Açıqdır: dünyanın hər yerindən olan iddiaçılar üçün
Mükafatlar: hər istiqamət üzrə, yaradıcılıq keyfiyyəti və kreativlik meyarları əsasında Baş mükafat, Mükəmməllik mükafatı, Sosial Təsir mükafatı, Yeni Sima Mükafatı, və U-18 Mükafatı təqdim ediləcək.

Təsvir

Yaponiya Media Art Festivalı, müxtəlif media sahələrində - animasiya və komikslərdən media art və oyunlara qədər görkəmli işləri qiymətləndirən Media Art (Yapon dilində Media Geijutsu) adlı geniş bir festivaldır. Festival aşağıda qeyd edilən bu dörd istiqamətin hər birinə dair mükafatlar verir: İncəsənət, Əyləncə, Animasiya və Manga. Bundan əlavə, festival mükafat qazanan və digər diqqətəlayiq işlərin qiymətləndirilməsi üçün bir platform təqdim edir. 1997-ci ildə başladığı gündən etibarən festival yüksək sənətkarlıq və yaradıcılığın əhəmiyyətli işləri qiymətləndirmiş və hər il mükafat qazanan əsərlərin sərgisindən başqa simpoziumlar, sərgilər və nümayişlər kimi digər tədbirləri də təşkil etmişdir.

  • İncəsənət

İnteraktiv incəsənət, media instalyasiyaları, video işləri, video instalyasiyalar, qrafika sənəti (fotoşəkillər daxil olmaqla), internet art, media tamaşaları və s.

  • Əyləncə

Oyunlar (video oyunlar, onlayn oyunlar və s.), video / səs işləri, multimedia məhsulları (xüsusi effektli videolar, tamaşalar daxil olmaqla), məhsullar (media texnologiyalarından istifadə olunan məhsullar, R&D cihazları və s.), veb saytlar, tətbiqlər və s.

  • Animasiya

Animasiya bədii filmləri, cizgi filmləri (açılan videolar, sona çatan videolar və s.), cizgi serialları, yayım üçün videolar və s.

  • Manga

Kitab şəklində nəşr olunan komikslər, jurnalda dərc olunmuş komikslər (hazırda seriallaşdırılan əsərlər daxil olmaqla), onlayn yayımlanan komikslər (kompüter və ya mobil cihazlar üçün), müstəqil nəşr olunan komikslər və s.

Uyğunluq meyarları

Müsabiqə dünyanın hər yerindən olan yaradıcı insanlar üçün açıqdır.

  • İşlər 5 oktyabr 2019-cu il və 4 sentyabr 2020-ci il tarixləri arasında tamamlanmalı və ya buraxılmalıdır.
  • Yuxarıda göstərilən müddət ərzində tamamlanmış, dəyişdirilmiş, yenilənmiş, təqdim edilmiş və ya buraxılan əsərlər müraciət hüququna malikdir.
  • Hər bir iddiaçının təqdim etdiyi müraciət sayında məhdudiyyət olmasa da, eyni iş bir neçə istiqamət üzrə verilə bilməz.
  • İddiaçı təqdim olunan işin müəllif hüququna sahib olmalıdır. İş iddiaçı (müəllif hüququnun sahibi) tərəfindən təqdim edilmirsə, müəllif hüququ sahibindən icazə alınmalıdır.
  • İşləri təqdim etməklə iddiaçı bütün müraciət şərtləri və qaydalarını qeyd olunduğu kimi qəbul etmiş sayılır.

Mükafatlar

Hər istiqamət üzrə, yaradıcılıq keyfiyyəti və kreativlik meyarlarına əsasən Baş mükafat, Mükəmməllik mükafatı, Sosial təsir mükafatı, Yeni Sima Mükafatı, və U-18 Mükafatları təqdim ediləcəkdir. Bundan əlavə, dörd istiqamətin hər hansı birində Media İncəsənətinə xüsusi töhfə verən şəxslərə və ya qruplara Münsiflər Heyətinin tövsiyəsi ilə Xüsusi Nailiyyət Mükafatları (Sertifikat, kubok) veriləcəkdir.

Media Art Festivalın Mükafatı

Baş mükafat
Sertifikat, kubok, 1,000,000 Yapon yeni

Mükəmməllik mükafatı
Sertifikat, kubok, 500,000 Yapon yeni

Sosial təsir mükafatı
Sertifikat, kubok, 500,000 Yapon yeni
* Bu mükafat cəmiyyətdə reallaşdırılmış və media texnologiyaları və insanların münasibətlərinə təsir və dəyişiklik gətirən işə veriləcək.

Yeni Sima Mükafatı
Sertifikat, kubok, 300,000 Yapon yeni

U-18 Mükafatı
Sertifikat
* Bu mükafat, 2 aprel 2003-cü il tarixində və ya ondan sonra anadan olmuş iddiaçının və ya onu üzv olduğu bir qurum / qrupun mükəmməl bir işinə veriləcəkdir

Xüsusi Nailiyyət Mükafatı
Sertifikat, kubok

Digər diqqətəlayiq işlər münsiflər heyəti tərəfindən Münsif seçimləri kimi seçiləcək.

Necə müraciət etmək olar?

Təqdim ediləcək materiallar və məlumatlar hər bir istiqamət və təqdim olunan işin qiymətləndirmə kateqoriyasına görə dəyişir.

Ətraflı məlumat əldə etmək və müraciət üçün, festivalın rəsmi səhifəsinə daxil olun.

Mənbə: www.mladiinfo.eu

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?