Startap qurmaq istəyənlər üçün onlayn təlim keçiriləcək

2 İyul 2020 Xəbər
news-inner-photo

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "SUP.VC" və "NEXT STEP"in birgə təşkilatçılığı ilə 3 iyul tarixində, saat 11:00-da "Startap ideyamı necə tapım?" mövzusunda təlim baş tutacaq.

Təlimdə "INNOLAND"in startaplarla iş üzrə mütəxəssisi Tengiz Ağakişiyev, "NEXT STEP" İnnovasiya Mərkəzinin direktoru Rəşad Eyvazov və "SUP.VC" şirkətinin direktoru Vüsal Kərimli spiker kimi çıxış edəcəklər. Startap sahəsində dərin təcrübəyə sahib olan spikerlər öz təcrübələrini paylaşacaq və təlimə qatılanları startap dünyasına istiqamətləndirəcəklər.

Təlim onlayn şəkildə "Facebook" platformasında baş tutacaq.

Mənbə: www.innoland.az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?