“Evdə qal evdə yarat”: Müraciətlərə davam edin!

6 Aprel 2020 Xəbər
news-inner-photo

“Kreativ Azərbaycan” portalının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Facebook sosial şəbəkəsi vasitəsilə 21 martdan etibarən başlatdığı “Evdə qal evdə yarat” təşəbbüsü uğurla davam edir.

Bu günə qədər, portalın Facebook səhifəsində ölkəmizin regionları da daxil olmaqla 1200-dən artıq istifadəçi yaratdıqları müxtəlif məhsullar, əl işləri, rəsm əsərləri, həmçinin ifaçılıq və bədii qiraət nümunələri ilə öz sosial şəbəkə səhifələrində paylaşımlar etməklə bu təşəbbüsə qoşulmuşlar. Sevindirici haldır ki, bir çox məşhurlar, sənət adamları, millət vəkilləri, həmçinin “Söz” ədəbi layihəsi də bu layihədə iştirak etmişdir. Əlavə olaraq, portalın İnstagram səhifəsində də 1000-dən artıq istifadəçi tərəfindən müxtəlif paylaşımlarla təşəbbüs geniş marağa səbəb olmuşdur.

30 aprelə qədər davam edəcək təşəbbüsdə iştirak şərtlərini bir daha xatırlatmaq istərdik:

  1. “Kreativ Azərbaycan” portalının Facebook səhifəsini (fb.com/creative.az) öz profilinizdən bəyənin,
  2. Koronavirus infeksiyasının yayıldığı müddətdə evdə olaraq yaratdığınız işi (əl işi, rəsm əsəri, musiqi əsəri, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s.) öz səhifənizdə #evdəqalevdəyarat həştəqi ilə paylaşın,
  3. Paylaşımda həmçinin “Kreativ Azərbaycan” Facebook səhifəsini qeyd (tag) etməyi unutmayın.

Evdə keçirdiyimiz vaxt ərzində yaradıcılığımızı işə salaq və pozitivliyə töhvə verək! Bu təşəbbüs həmçinin dəyərli hədiyyələr qazanmaq üçün şans yaradır.

Belə ki, əgər 2020-ci ilin 30 aprel tarixinə kimi sizin işiniz ən çox bəyənilən ("like" alan) işlərdən olsa, deməli qaliblərdən birisiniz və “Kreativ Azərbaycan” portalı və Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif maraqlı hədiyyələr sizi gözləyir.

Qeydlər:

  • Əgər yaratdığınız musiqi, video, yazılı əsər və ya yaradıcı texnologiyadırsa, digər səhifələrdən linki qeyd edə bilərsiz (Youtube, Vimeo və s.).
  • #evdeqalevdeyarat həştəqi də yararlı sayılacaq.
  • Müsabiqə 2020-ci ilin 30 aprel tarixinə kimi davam edəcəkdir.
  • Müsabiqə ilə bağlı sualları Kreativ Azərbaycan portalının Facebook səhifəsinə ünvanlaya bilərsiz.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

#evdəqalevdəyarat #evdeqalevdeyarat #creativeaz #SayNotoCovid

Bu məqalə sizin üçün faydalı oldumu?