"Hypnotica" şirkətinin layihəsi "PIXELS FEST"-in qalibi oldu

27 Mart 2020 Xəbər
news-inner-photo

"PIXELS FEST" Beynəlxalq Rəqəmsal İncəsənət Festivalında 2D-3D animasiya kateqoriyasında dünya üzrə 160 iş arasında Azərbaycanı təmsil edən "Hypnotica" şirkətinin "NXTLVL" adlı layihəsi birinci yeri tutmuşdur.

"NXTLVL" layihəsinin əsas məqsədi insan həyatının bütün sahələrində həndəsi silsilə ilə inkişaf edən texnologiyaların təkamülü və 21-ci əsrin üfüqündə planetlərarası səyahətin yaxınlaşmasını, kvant kompüterlərinin yayılmasını, beynin sinir sisteminin qarşılıqlı əlaqəsinin inkişafını, süni intellektin inkişafı kimi fenomal hadisələrin şahidi olduğumuz bu zaman kəsiyində estetik toxunuşla texnoloji inkişafın bütün yolları arasındakı əlaqəni eksperimental olaraq əks etdirməkdir.

Layihənin missiyası yaradıcı yanaşmadan istifadə edərək yaşanılan bu unikal dövrü izləyicilərin diqqətinə çatdıraraq intellektual ehtiyatların hələ tükənmədiyini göstərmək və texnologiyanı növbəti səviyyəyə çıxarmaqdır. Layihə haqqında buradan tanış ola bilərsiniz.

"Hypnotica" şirkəti 2009-cu ildə təsis edilib. Azərbaycanda Video Mappinq üzrə ilk və hal-hazırda yeganə şirkət olan "Hypnotica" bu sahədə peşəkar şəkildə layihələr həyata keçirir. Şirkətin komandası yaradıcı gənclərdən ibarətdir. 

"Hypnotica" şirkəti və onun layihələri haqqında aşağıdakı linklərdən tanış ola bilərsiniz: 
vimeo.com/hypnotica/videos
Facebook – facebook.com/hypnotica.visual.performance
Instagram – instagram.com/hypnotica.now
və ya – hypnotica.us

Bu məqalə sizin üçün faydalı oldumu?